SƏYYARƏ HEYDƏROVANIN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (10 noyabr) Bakı Apellyasiya Məhkəməsində hakim Qayıl Məmmədovun sədrliyi ilə vətəndaş Səyyarə Heydərova və zərərçəkmiş Alim Babayevin verdikləri apellyasiya şikayəti əsasında keçirilməli olan məhkəmə prosesi keçirildi.

Şahid qismində ifadə verən Yaşar Əsgərov  vətəndaş Səyyarə Heydərovanın onu döydüyünü bildirib. Əlavə edək ki, Əsgərov Yaşar Xəlil oğlu soyğunçuluq etdiyinə görə sonradan həbs olunub və hazırda 2 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.
S. Heydərova hadisə günü Y.Əsgərovun orada olmadığını və şahidin bu ifadəsini əsassız hesab etdiyini bildirdi.
Hakim Q. Məmmədov Suraxanı rayon Məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayaraq şikayətin təmin olunmadığını bildirdi.
Qeyd edək ki, Suraxanı rayon Məhkəməsi vətəndaş Səyyarə Heydərovanı 4 nəfər kişini döyməkdə təqsirli bilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 221.1, 221.2, 221.3  maddələrinə əsasən ona bir il sınaq müddəti ilə 2 il 7 ay 15 gün şərti cəza verilməsi barədə hökm  çıxarıb.
Vətəndaş S.Heydərova Suraxanı rayon məhkəməsinin hakimi N.Mustafayevin onun iştirakı olmadan hökm çıxardığına  və məhkəmə təhqiqatı zamanı istintaqın kobud pozuntularla, saxtalaşdırmalarla aparılmasına görə apellasiya şikayəti verib.
Zərərçəkən A.Babayevin apellasiya şikayəti verməsinə səbəb Suraxanı rayon məhkəməsinin  hakimi Nurəddin Mustafayevin vətəndaş S.Heydərovaya qarşı 1 il sınaq müddəti ilə 2 il, 7 ay 15 gün şərti cəza verilməsindən razı qalmaması olub.

Previous Post

Səyyarə Heydərovanın məhkəmə prosesi

Next Post

“BAKI VƏ BAKI KƏNDLƏRİNİN HÜQUQLARININ MÜDAFİƏ KOMİTƏSİ” TƏSİS OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.