APELLYASİYA MƏHKƏMƏSİ “YENİ MÜSAVAT” QƏZETİNƏ QARŞI ÇIXARILMIŞ 50 MİN MANATLIQ CƏRİMƏ QƏRARINI QÜVVƏ

Noyabrın 14-də Bakı Apellyasiya Məhkəməsi “Gilan Holdinq”in  “Yeni Müsavat” qəzetinə qarşı qaldırdığı iddia üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin çıxardığı 50 min manat cərimə qərarı qüvvədə saxlayıb. Bu barədə  vəkil Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, məhkəmə onların apellasiya şikayətini təmin etməyib. Prosesdə tərəflərin çıxışları dinlənib, iddiaçının nümayəndəsi iddianı müdafiə edərək məhkəmədən iddiaçının xeyrinə maddi zərərin ödənilməsi və qəzetdə təkzib verilməsi barədə müvafiq qərar çıxarılmasını xahiş edib.
“Məhkəmə qəzeti 50 manat cərimələtdi və təkzib mətni verməsini qərar alıb. Biz bu qərardan Ali məhkəməyə şikayət verəcəyik. Bu dəfə də şikayətimiz təmin olunmasa Avropa məhkəməsinə üz tutacağıq”,- deyə vəkil bildirib.
 "Yeni Müsavat" qəzeti rəhbərliyindən verilən məlumata görə, son 5 ildə qəzet 50 dəfədən artıq məhkəməyə çəkilib. İddiaçı və şikayətçilərin hamısı ictimai fiqurlar, ya da məmurlar və hökumətə bağlı inhisarçı özəl qurumların rəhbərləridir. Qəzetə qarşı qaldırılan məhkəmə iddiaları əksər hallarda “Yeni Müsavat”ın əleyhinə bitib. Hazırda “Yeni Müsavat” qəzetinə qarşı iki milyon dollardan çox iddia irəli sürülüb. Artıq nəqliyyat naziri Ziya Məmmədovun oğlu, ZQAN holdinqin prezidenti Anar Məmmədovun məşhur “Ayı işi” məhkəməsi ilə bağlı 4 min mat cərimə  qərar icra olunmağa başlanıb.
     Xatırladaq ki, iyulun 31-də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Xaliq İmanovun sədrliyi ilə “Gilan Qəbələ Konserv Zavodu” MMC-nin “Yeni Müsavat” qəzetinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib. Prosesdə hakim Xaliq İmanov  qəzetə qarşı iddianı qismən təmin edərək “Yeni Müsavat”ı 50 min manat cərimələmişdi.  İddiaya səbəb “Gilan Qəbələ Konserv Zavodu” MMC “Yeni Müsavat” qəzetində 2009 ildə dərc olunmuş “Jalə 100 faiz təbii şirə deyil” məqaləsinə görə qaldırılmışdı.
Previous Post

JURNALİSTLƏR PREZİDENT APARATININ QARŞISINDA NÖVBƏTİ DƏFƏ TƏZYİQƏ MƏRUZ QALDILAR

Next Post

ƏDLİYYƏ NAZİRLİYİ MƏHKƏMƏ QƏRARLARINI İCRA EDƏ BİLMİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.