JURNALİSTLƏR PREZİDENT APARATININ QARŞISINDA NÖVBƏTİ DƏFƏ TƏZYİQƏ MƏRUZ QALDILAR

Noyabrın 15-də “Yeni Müsavat” qəzetinin əməkdaşı Emil Salamoğlu, “Azadlıq” radiosunun əməkdaşı Araz Bayramov, RATİ əməkdaşı Novruzova Fərqanə və SMDT nümayəndəsi Məhəmməd İlyasoğlu  peşə fəaliyyətlərini yerinə yetirən zaman Baş  Mühafizə İdarəsinin (BMİ) əməkdaşlarının  təzyiqə məruz qalıblar.

Belə ki, “Ələsgəroğlu K” tikinti şirkətinin mənzil tikintisi adı ilə aldatdığı müştərilər Prezident Aparatının (PA) qarşısında aksiya keçirməyə cəhd ediblər. Aksiyadan reportaj hazırlamaq istəyən jurnalistlər hücuma məruz qalıblar. BMİ-nin əməkdaşları fiziki güc tətbiq edərək jurnalistlərin avadanlıqlarını alıblar. Daha sonra onlar  Emil Salamoğlu və Məhəmməd İlyasoğlunun fotoaparatlarındakı şəkilləri, “Azadlıq” radiosunun əməkdaşı Araz Bayramov, RATİ əməkdaşı Novruzova Fərqanənin videokameralarındakı görüntüləri sildikdən sonra jurnalistləri sərbəst buraxıblar.

Qeyd edək ki, bu Prezident Aparatı qarşısında baş verən ilk hadisə deyil. Dəfələrlə bu ərazidə jurnalistlər təzyiqlə üzləşiblər və bu faktlara görə kimsə məsuliyyətə cəlb edilməyib.

Previous Post

AZƏRBAYCANDA YENİ MEDİA SAHƏSİNDƏ TƏDRİS PROQRAMLARI HAZIRLANIB

Next Post

APELLYASİYA MƏHKƏMƏSİ “YENİ MÜSAVAT” QƏZETİNƏ QARŞI ÇIXARILMIŞ 50 MİN MANATLIQ CƏRİMƏ QƏRARINI QÜVVƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.