“YENİ MÜSAVAT” QƏZETİNİN ƏMƏKDAŞI DAXİLİ İŞLƏR NAZİRLİYİNƏ ÇAĞIRILIB

Bu gün (13 yanvar) “Yeni Müsavat” qəzetinin əməkdaşı Əfqan Muxtarlı Daxili İşlər Nazirliyinə çağırılıb.

Bu barədə RATİ-yə Ə. Muxtarlının özü məlumat verib. O, bildirdi ki, DİN Daxili Tədqiqat İdarəsinin rəisi Anar Rzayev ondan aksiyada həqiqətən də jurnalist kimi iştirak edib-etmədiyini soruşub: “Anar Rzayev mənə dedi ki, sənin aksiyada şüarlar səsləndirməyinlə bağlı bizdə məlumat var. Mən isə bildirdim ki, aksiya vaxtı əynimdə jurnalist gödəkcəsi olub və polis məni döyməyə başlayanda mən jurnalist vəsiqəsini onlara göstərmişəm. Bundan əlavə aksiya zamanı “Xəzər” televiziyasının əməkdaşları çəkiliş aparıblar və bu  məsəlini dəqiqləşdirmək üçün onlara da müraciət etmək olar”.
Ə. Muxtarlı həmçinin qeyd etdi ki, məsələnin araşdırılması müstəntiq Şövqi Orucova həvalə olunub: “Mən orda tibbi  ekspertizadan keçməyimlə bağlı məsələsini yenidən qabartdım. Lakin mənə bildirdilər ki, bu məsələ prokurorluğun səlahiyyətindədir. Mən düşünmürəm ki, mənim döyülməyimlə bağlı hansısa polis cəzalandırılsın. Ona görə də məsləhətləşmələr aparılır və yaxın günlərdə məhkəməyə müraciət edəcəyəm”.
Xatırladaq ki, jurnalist  yanvarın 7-də dindarların İsrailin Bakıdakı səfirliyi qarşısında keçirdiyi  etiraz aksiyası zamanı Yasamal rayon Polis İdarəsinin  əməkdaşları tərəfindən döyülüb.
Previous Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDOVLA GÖRÜŞÜB

Next Post

BAKI APELLYASİYA MƏHKƏMƏSİ “QADAĞALARI” ƏSASLANDIRMAĞA ÇALIŞIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.