“GÜNDƏLİK BAKI” QƏZETİ MƏHKƏMƏ İLƏ HƏDƏLƏNİB

Əzizbəyov rayon Elektrik Şəbəkəsinin rəisi Etibar Əliyev “Gündəlik Bakı” qəzetinə hədə-qorxu gəlib.

Bu haqda məlumatı RATİ-yə qəzetin şef-redaktoru Ədil Hüseynli verib.
“Qəzetdə Əzizbəyov rayon Elektrik Şəbəkəsinin vətəndaşlara qarşı törətdiyi qanunsuzluqlarla bağlı məlumat vermişdik. Bizə müraciət edən vətəndaşların şikayətini araşdırmaq üçün idarənin rəisi Etibar Əliyevlə əlaqə saxladıq. Əliyev sakinlərin narazılığına aydınlıq gətirmək əvəzinə bizi məhkəmə ilə hədələdi”, – deyə qeyd edən Ə. Hüseynli redaksiyaya vətəndaşlardan daxil olmuş şikayət ərizələrini araşdırmaq üçün prokurorluğa göndərəcəklərini də bildirdi.

Previous Post

LƏNKƏRANDA “24 SAAT” QƏZETİNİN YAYIMINA QADAĞA QOYULUB

Next Post

CƏNUBİ QAFQAZDA İLK MÜSTƏQİL HƏRBİ SAYT OLAN “MILAZ.INFO”YA QARŞI TƏXRİBATLAR BAŞLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.