KOLLEGİYA VƏKİLƏ QARŞI İDDİANI GERİ GÖTÜRDÜ

        Bu gün(13 iyul) Binəqədi rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə Vəkillər Kollegiyası Rəyasət Heyətinin Osman Kazımovun Vəkillər Kollegiyasından xaric edilməsi, bu iddiaya qarşı Osman Kazımovun verdiyi qarşılıqlı iddia və  müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası əsasında məhkəmə prosesi keçirildi.

Vəkillər Kollegiyası Osman Kazımovun vəkillik fəaliyyətinin dayandırılması və qurumun üzvlüyündən çıxarılması üçün məhkəməyə müraciət olunması qərarını ləğv edib və  məhkəməyə verdiyi iddiasını geri götürüb. Kollegiya Osman Kazımova töhmət verilməsi barədə qərar qəbul edib.

            Buna əsasən məhkəmədə Osman Kazımov da verdiyi qarşılıqlı iddianı geri götürüb.

            Hakim Hüseyn Səfərov isə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin fevralın 4-də  keçirilən iclasında Osman Kazımovun vəkillik fəaliyyətinin dayandırılması və qurum üzvlüyündən çıxarılması üçün məhkəməyə müraciət olunması barədə qərar qəbul etmişdi. Rəyasət Heyəti bu qərarı baş prokurorun birinci müavini Rüstəm Usubovun təqdimatı əsasında çıxarmışdı. Prokurorluq Osman Kazımovu Cinayət Prosessual Məcəlləsini və “Vəkillik fəaliyyəti haqqında” qanunu pozmaqda ittiham edirdi.

 

 

Previous Post

MEDİA QURUMLARININ TƏMSİLÇİLƏRİ “AVROVİZİYA-2012” İLƏ BAĞLI MÜZAKİRƏ APARIBLAR

Next Post

İTKİN DÜŞMÜŞ ŞƏXSLƏRİN AXTARIŞININ EFFECTİVLİYİ ARTIRILMALIDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.