MEDİA QURUMLARININ TƏMSİLÇİLƏRİ “AVROVİZİYA-2012” İLƏ BAĞLI MÜZAKİRƏ APARIBLAR

Bu gün (13 iyul) Novxanıda yerləşən “AF Hotel” istirahət mərkəzində İREX və İnternational Media Support təşkilatının dəstəyi, Azərbaycan Media Mərkəzinin təşkilatçılığı ilə Media  ilə Media Sektorunun Milli Əməkdaşlıq Koordinasiyasının “Azərbaycan “Avroviziya-2012” -nin öhdəsindən gəlməyə hazırdırmı?” mövzusunda sessiyası  keçirilib.

İREX-in hüquqşünası Ələsgər Məmmədli çıxışında əcnəbi jurnalistlərin Azərbaycana gələrək işləmələri üçün münbit şəraitin olmamağına toxundu. Onun sözlərinə görə, həm vizaların alınmağı, həm jurnalistlərə akkreditasiyaların verilməsi sadələşdirilməlidir.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə Azərbaycanın çoxlu pulu olduğunu və buna görə, praktik olaraq bu müsabiqənin Azərbaycanda keçirilməsi üçün ciddi problemin olmadığını söylədi. Amma M.Əliyev ölkənin imicinin də mühüm rol oynadığını, Avropadan Azərbaycanın anti-demokratik bir ölkə kimi səciyyələndirildiyini  qeyd etdi.

“İctimai” Televiziyanın əməkdaşı Salam Məmmədəliyev isə təmsil olunduğu qurumun “Avroviziya-2012”-ni keçirməyə tam hazır olduğunu və artıq İTV-nin bu sahədə xeyli təcrübəsinin də olduğunu bildirdi.

“Gün.az” saytının redaktoru Emil Quliyev isə  xəbər saytlarının  serverlərinin yenilənməsinə, habelə internetin keyfiyyətinin yüksəldilməsinə ehtiyac gördü.

“Multimedia” Mərkəzinin rəhbəri Osman Gündüz isə yalnız internetin deyil, rabitə sahəsinin də Avroviziyaya hazır olmadığını dedi. Onun sölərinə görə, Azərbaycandakı internetin hazırkı sürəti və keyfiyyəti  ilə bağlı müsabiqənin təşkilat komitəsinin sədri Mehriban  Əliyevaya 12 bənddən ibarət müraciət ünvanlayıb.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov isə hətta dənizkənarı bülvarda jurnalitlərə foto və video çəkilişin aparalmasına icazə verilməməsini biabırçılıq hesab etdi və o “məni çəkmək olmaz, filan yeri çəkmək qadağandır” kimi məsələlərin həll edilməsinə, jurnalistlərə təzyiq edənlərin isə cəzalandırılmağına, əcnəbi jurnalistlərin Azərbaycana gəlmələri və fəaliyyət göstərmələri üçün şəraitin yaradılmağını zəruri hesab etdi. O bir neçə QHT ilə artıq koalisiya yaratdıqlarını və mövcud problemlərlə bağlı bütün məlumatların yaxın gələcəkdə yaradılacaq bir sayta yerləşdiriləcəyini dedi.

Ekstremal Jurnalistikla İnstitutunun rəhbəri, jurnalist İdrak  Abbasov isə jurnalistlərlə bərabər bloggerlərin, sosial şəbəkələrdə fəallıq edən gənclərin də təqibinə son qoyulmağını, İctimai Televiziyanın xəbərlər proqramının yalnız bir neçə şəxsin tərifinə deyil, digər məsələlərin də işıqlandırılmağına həsr edilməsini vacib hesab etdi.

Hərbi ekspert Üzeyir Cəfərov isə yalnız media problemləri deyil, texniki baxımdan da Azərbaycanın bu müsabiqəni keçirməyə hazır olmadlığını, kifayət qədər otellərin və sair iaşə obyektlərinin çatışmamazlığını qeyd etdi.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli  isə əsasən ondan əvvəl çıxış edən şəxslərin fikirlərinə münasibətini açıqladı və hesab etdi ki, Azərbaycanın bu müsabiqəni keçirməsində ciddi problem yoxdur.

 

                                                              

 

Previous Post

AZƏRBAYCAN XARİCİ SİYASƏT MƏSƏLƏLƏRİ ÜZRƏ KEÇMİŞ DÖVLƏT MÜŞAVİRİ VƏFA QULUZADƏ

Next Post

KOLLEGİYA VƏKİLƏ QARŞI İDDİANI GERİ GÖTÜRDÜ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.