BAYIL SAKİNLƏRİ EVLƏRİNİN SÖKÜLMƏK TƏHLÜKƏSİ İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİBLƏR

Bu gün (19 yanvar) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Bayıl qəsəbəsi, Gülbala Əliyev küçəsinin bir qrup sakini yaşadıqları evlərin sökülməsi barədə məhkəmə qərarının çıxarılması ilə bağlı mətbuat konfransı keçirdilər.

Sakinlər adından çıxış edən Sevinc Pərvanənin bildirdiyinə görə, bir müddət öncə  Səbail rayon bələdiyyəsindən sakinlərə torpaq rüsumlarının ödənilməsi barədə çağırış vərəqəsi daxil olub. Bundan sonra sakinlər çağırışda göstərilən tələbləri yerinə yetiriblər. 10 gün sonra isə Səbail rayon Məhkəməsi tərəfindən onların adına məhkəməyə çağırış vərəqəsi gəlib. “30 sentyabrın 2009-cu ildə keçirilən məhkəmədə bələdiyyənin  qəsəbə sakinlərinə  qanunsuz torpaq sahəsinin verildiyi və evlərin qanunsuz tikildiyi barədə qərar çıxarılıb. Bundan sonra Ali Məhkəməyə müraciət etsək də bizə müsbət cavab verilmədi” – deyən S. Pərvanə ölkə rəhbərliyinə müraciət edəcəklərini bildirdilər.
 
Previous Post

ELAN!

Next Post

“MÜXALİFƏT” QƏZETİNİN BAŞ REDAKTORU VÜQAR SƏFƏRLİNİ MƏHKƏMƏYƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.