“MÜXALİFƏT” QƏZETİNİN BAŞ REDAKTORU VÜQAR SƏFƏRLİNİ MƏHKƏMƏYƏ VERİB

“Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı Direktoru Vüqar Səfərlini məhkəməyə verib.

Buna səbəb V.Səfərlinin fondun fəaliyyətinə dair R.Kəbirlinin 19 noyabr 2009-cu il tarixli informasiya sorğusuna cavab verməməsidir.
Qeyd edək ki, həmin sorğuda V.Səfərlidən fondun “Milli Mətbuat Günü” ilə bağlı keçirdiyi bayram tədbirinə istiqamətlər üzrə sərf olunan vəsaitin həcmi, fondun elan etdiyi müsabiqədə qalib gələn 55 qəzet, informasiya agentliklərin və QHT-lərin hər biri üçün ayrılmış qrant məbləği barədə məlumatları verməsi xahiş olunub. Lakin icraçı direktor informasiya sorğusunu ümumiyyətlə cavablandırmayıb.

Previous Post

BAYIL SAKİNLƏRİ EVLƏRİNİN SÖKÜLMƏK TƏHLÜKƏSİ İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİBLƏR

Next Post

QƏNİMƏT ZAHİD MİRZƏ SAKİTƏ ACLIĞI DAYANDIRMAĞI TÖVSİYƏ EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.