“BBC” AZƏRBAYCAN HÖKUMƏT İLƏ DANIŞIQLAR APARMAQ İSTƏYİR

“BBC World Service” “BBC” radiosunun Azərbaycanın FM tezliklərində  yayımının bərpası məsələsi ilə bağlı rəsmi Bakı ilə danışıqlara cəhd edir.

“Apa”  İnformasiya Agentliyinin verdiyi məlumatda bildirilir ki, “BBC World Service” Azərbaycan hökuməti ilə “BBC” radiosunun yayım keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Ağsu, Daşkəsən, Lerik rayonlarında üç FM ötürücüsünün yerləşdirilməsi haqqında ötən ilin oktyabrında imzalanmış müqavilənin taleyini Azərbaycan hökuməti ilə müzakirə etmək istəyir. Radio nümayəndələri  Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2009-cu il yanvarın 1-dən etibarən yerli FM tezliklərində xarici radioların yayımının dayandırılması barədə qərarından təəssüfləndiklərini və məyus olduqlarını eləcə də  “BBC” nın bölgələrdə yayımının davam etdirilməsi üçün başqa üsulların axtardıqlarını da bildiriblər. “BBC” ilə Azərbaycan hökuməti arasında bağlanmış adıçəkilən müqavilənin taleyi ilə əlaqədar Azərbaycan Respublikası Radiotezliklər İdarəsi ilə əlaqə saxlamaq cəhtlərimiz boşa çıxdı. Belə ki, idarədən telefon zənglərimizə cavab verilmədi. 
Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) 30 dekabr 2008-ci il tarixli qərarı ilə Azərbaycanda yayımlanan "Azadlıq" , "Amerikanın səsi " və "BBC" radiolarının yerli FM tezliyində yayımına qadağa qoyulub.
Previous Post

ELAN!

Next Post

“GÜNDƏLİK BAKI” NIN VƏSATƏTİ TƏMİN OLUNMADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.