“GÜNDƏLİK BAKI” NIN VƏSATƏTİ TƏMİN OLUNMADI

Bu gün (17 fevral) Yasamal Rayon Məhkəməsində hakim Elçin Qurbanovu sədrliyi ilə iddiaçı “Hacı Mazan” MMC-nin direktoru Zakir Quliyevin “Gündəlik Bakı”  qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevə qarşı qaldırdığı şərəf və ləyaqətin müdafiəsi iddia üzrə məhkəmə hazırlıq iclası keçirilib.

İclasda iddiaçının vəkili Tofiq Aslanov, cavabdeh tərəfdən isə vəkillər Zaur İbadov, Ceyhun Cəfərov və “Gündəlik Bakı” nın təsisçisi və baş redaktoru H. Vəliyev iştirak edirdilər.
İddiaya səbəb “Gündəlik Bakı” qəzetinin 14 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş “Cənubdakı Narkotik Marşurutu” və 22 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş “Cənubdakı Narkotik Marşurutu-2” başlıqlı məqalələr olub. Belə ki, “Hacı Mazan” MMC –nin direktoru adıçəkilən məqalələrdə şirkət haqqında yazılanları şərəf və ləyaqəti ləkələyən və həqiqətə uyğun olmayan məlumatlar hesab edərək məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasında qəzetin təkzib verməsini, üzr istəməsini və “Hacı Mazan” şirkətinə dəymiş mənəvi ziyana görə baş redaktor H. Vəliyevdən 1000000 (bir milyon) AZN tutularaq şirkətə ödənilməsini istəmişdir.
İclasda cavabdeh tərəfin vəkili Z. İbadov iddiaya səbəb olan məqalələrlə bağlı Yasamal Rayon Məhkəməsinin icraatında üç ayrı-ayrı məhkəmə işinin olmasını qeyd etdi və bu işlərin birləşdirilməsi barədə vəsatət təqdim etdi. Lakin hakim E. Qurbanov vəsatəti təmin etməyərək iddianı icraata qəbul etdi və prosesi mart ayının 5-i saat 15:00-a təyin etdi.
Previous Post

“BBC” AZƏRBAYCAN HÖKUMƏT İLƏ DANIŞIQLAR APARMAQ İSTƏYİR

Next Post

“Hacı Mazan” MMC-nin direktoru Zakir Quliyevin “Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevə qarşı məhkəmə prosesi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.