TƏZYİQƏ MƏRUZ QALAN JURNALİST POLİS İDARƏSİNDƏ İFADƏ VERİB

Martın 29-da “Azadlıq” qəzetinin müxbiri Seymur Həziyev Abşeron rayon Polis İdarəsində ifadə verib. Bu barədə bu gün (30 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) S. Həziyev məlumat verib.

S. Həziyev bildirdi ki, dünən ekspertlə görüşərək, müayinədən keçib:
“İfadə verdiyim zaman maddi sübut kimi o şəxslərin başıma keçirdikləri maska papağı və paltomu onlara təqdim elədim. Ekspertizanın rəyi isə hələ ki açıqlanmayıb” deyə jurnalist bildirdi.
Qeyd edək ki, “Article 19” beynəlxalq insan haqları təşkilatının icraçı direktoru Eyn Kalmand  Seymur Həziyevin naməlum şəxslərin fiziki hücumuna məruz qalması ilə bağlı bəyanat yayaraq, jurnalistə qarşı edilən bu hərəkət pisləyir və ona fiziki-psixoloji təzyiq göstərənlərin dərhal tapılaraq cəzalandırılması tələb edib.
Eyni zamanda Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həziyevin döyülməsinə münasibət  bildirərək, məsələ ilə bağlı araşdırma aparıldığını və hadisənin jurnalistin peşə fəaliyyəti zəminində törədildiyi təqdirdə, günahkarların mütləq şəkildə tapılaraq cəzalandırılacağını  deyib.
Xatırladaq ki, martın 25-dən 26-a  keçən gecə  saat 00.30 radələrində “Azadlıq” qəzetinin müxbiri Seymur Həziyevin yaşadığı Abşeron rayonunun  Ceyranbatan qəsəbəsinin girişindən başına torba keçirilərək oğurlanılıb və naməlum ünvana aparılaraq işgəncəyə məruz qoyulduqdan sonra Binəqədi rayonu ərazisində  küçəyə atılıb.

 

Previous Post

HÜQUQ MÜDAFİƏÇİSİ GÖMRÜK KOMİTƏSİNİ MƏHKƏMƏYƏ VERİB

Next Post

AZƏRBAYCANLI İCMASI ERMƏNİSTANIN 14 RAYONUNDA REFERENDUM KEÇİRİLMƏSİNİ TƏLƏB EDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.