HÜQUQ MÜDAFİƏÇİSİ GÖMRÜK KOMİTƏSİNİ MƏHKƏMƏYƏ VERİB

            Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri, hüquq müdafiəçisi Emin Hüseynov Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib və 10 min manat təzminat tələb edir. Hüquq müdafiəçisi bildirib ki, cavabdeh olan Dövlət Gömrük Komitəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, ayrı-seçkiliyin qadağan olunması, maddi və  mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib. 

     ”İddia ərizəsi üzrə cavabdeh olan Ədliyyə Nazirliyinin ekspertiza şöbəsi mənə məxsus olan əmlakları  əsaslandırmadan yüksək qiymətlərlə qiymətləndirib və  qiymətləndirmə ilə bağlı Gömrük Komitəsinə rəy təqdim edib. Həmin rəyə görə, mənim Dubaydan Bakıdakı qiymətlərdən ən azı iki dəfə ucuz aldığım əşyalar Bakı qiymətləri ilə hesablanıb. Eyni zamanda mənə məxsus olan iki ədəd işlənmiş kamera da Ədliyyə Nazirliyinin eksperti tərəfindən təzə  kimi qiymətləndirilib. Digər  cavabdeh qurum isə  Maliyyə Nazirliyidir.  Qanunvericiliyə uyğun olaraq, dövlət qurumunun hərəkətləri nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələb edilirsə, o dövlət büdcəsindən tutularaq ödəniləcək. Bu məbləğ mənə ödəniləcəksə, bunu Maliyyə Nazirliyi icra edəcəyindən cavabdeh qismində iddia ərizəsinə əlavə edilib”- deyə hüquq müdafiəçisi əlavə edib.
 Hüquq müdafiəçisi pozulmuş hüquqlarının bərpası ilə bağlı sona qədər mübarizə aparacağını və Avropa məhkəməsinə qədər gedəcəyini bildirdi.
Previous Post

MƏTBUAT ŞURASI AKSİYALARDA MONİTORİNQ APARACAQ

Next Post

TƏZYİQƏ MƏRUZ QALAN JURNALİST POLİS İDARƏSİNDƏ İFADƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.