NAXÇIVANDA DÖYÜLMÜŞ JURNALİSTLƏR PROKURORLUĞA MÜRACİƏT ETDİLƏR

Dünən (27 avqust) Babək rayon Nehrəm kəndində peşə fəaliyyətlərini yerinə yetirərkən bələdiyyə və  yerli icra hakimiyyəti orqanı nümayəndələri

tərəfindən döyülən “Azadlıq və Azad Avropa” radiosunun müxbirləri – Məlahət Nəsibovaya, və İlqar Nəsibov, eləcə də  RATİ-nin Naxçıvandakı bölgə müxbiri Elman Abbasov bu gün (28 avqust) Babək rayon Prokurorluğuna və Naxçıvan Muxtar Respublikası  Prokurorluğuna şikayət ərizəsi ilə müraciət ediblər.
Müraciətlərində jurnalistlər  baş vermiş hadisənin araşdırılması və onlara təzyiq edən şəxslərin cəzalandırılmasını, günahkarların  AR Cinayət Məcəlləsinin 163-cü maddəsinə müvafiq olaraq məsuliyyətə cəlb edilməsini xahiş ediblər.

Previous Post

“GÜNDƏLIK BAKI”-NIN MƏHKƏMƏ PROSESİ NÖVBƏTİ DƏFƏ TƏXİRƏ SALINDI

Next Post

TELERADIO ŞURASI REGİON TELEKANALLARININ MONİTORİNQİNİ APARACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.