TELERADIO ŞURASI REGİON TELEKANALLARININ MONİTORİNQİNİ APARACAQ

Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanın regionlarında fəaliyyət göstərən televiziya kanallarının monitorinqinin aparılması üçün Monitorinq Mərkəzlərinin yaradılmasını planlaşdırır.

Bu haqda məlumatı RATİ-yə MTRŞ sədrinin köməkçisi Toğrul Məmmədov verib:
”İlk olaraq Gəncəbasar regionundakı telekanalların izlənməsi üçün Gəncə şəhərində Monitorinq Mərkəzinin açılması nəzərdə tutulub. Biz  Gəncə şəhər İcra Hakimiyyəti ilə məsələ ilə bağlı danışıqlar aparırıq. Əgər İcra Hakimiyyəti şuraya orada  yer ayırsa, o zaman bölgədəki telekanallarda monitorinqin aparılması üçün lazımı işləri görmək mümkün olacaq”.
Previous Post

NAXÇIVANDA DÖYÜLMÜŞ JURNALİSTLƏR PROKURORLUĞA MÜRACİƏT ETDİLƏR

Next Post

JURNALİSTLƏR ÜZƏRLƏRİNDƏN MƏHKUMLUĞUN GÖTÜRÜLMƏSİ ÜÇÜN APELLYASİYA ŞİKAYƏTİ VERİBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.