“BİZİM YOL” QƏZETİNİN YAYIM ŞÖBƏSİNİN ƏMƏKDAŞI DÖYÜLÜB

Noyabrın 7-də “Bizim Yol” qəzetinin yayım şöbəsinin əməkdaşı Vüsal Yusubov  idmançı görkəmli 3-4 nəfər naməlum şəxslərin fiziki  hücumuna məruz qalıb. Bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Vüsal Yusubovun özü məlumat verib.

V.Yusubovun sözlərinə görə, hadisə gecə saat 03:20 radələrində  Şərifzadə küçəsi 3 ünvanında o “Futbol+” mətbəəsindən çıxarkən baş verib:
“Mətbəədən çıxanda 3-4 nəfər şəxs avtomobilimin qarşısını kəsdilər. Onlardan biri “məni tanıyırsan?”, – deyə soruşdu. Tanımadığımı deyəndə, o heç bir söz demədən məni yumruq zərbələri ilə vurmağa başladı. Maşından düşməyə imkan tapmadım, məni vuran şəxsin yanındakı digər şəxslər də maşının o biri qapısını da açaraq məni vurmağa başladılar. Post patrul xidmətinin maşının gəlməsi ilə adamlar aradan çıxaraq dağılışdılar.  Hazırda fakt üzrə Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsində araşdırma aparılır” – deyən V. Yusubov qeyd etdi ki, o artıq Yasamal Rayon Məhkəmə-Tibbi Ekspertizasından keçib, ağız zərbələrlə döyülmə faktı təsdiqlənib.
Xatırladaq ki, qəzetin 6 noyabr 2012 il tarixli sayında “Dünya çempionunun adı dələduzluq olayında" başlıqlı məqalədə 2010-cu ilin mayında Bakıda keçirilən dünya birinciliyində 48 kiloqramlıq çəki dərəcəsində qızıl medal qazanmış Salman Əlizadənin adı fırıldaqçılıq etdiyi iddaa olunan şəxslə bağlı çəkilib. Bundan sonra adı  çəkilən idmançının atası redaksiyaya zəng edərək  hədə-qorxu gəlib. Hazırda bu versiya üzərində araşdırma aparılır.

Previous Post

GÜLƏR ƏHMƏDOVA BU DƏFƏ DƏ MƏHKƏMƏYƏ GƏLMƏDİ

Next Post

ERMƏNİLƏRİN “AZƏRBAYCAN AGENTİ” SAYDIĞI ÖZBƏKİSTAN VƏTƏNDAŞI AGENT OLMADIĞINI DEYİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.