GÜLƏR ƏHMƏDOVA BU DƏFƏ DƏ MƏHKƏMƏYƏ GƏLMƏDİ

Noyabrın 7-də Bakı Ağır Cinayətlər məhkəməsində “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə bağlı növbəti məhkəmə prosesi keçirilib. Prosesdə şahid qismində dindirilməli olan sabiq deputat Gülər Əhmədova bu dəfə də məhkəməyə gəlməyib.

Hakim Ramella Allahverdiyeva Əvəz Zeynallının istintaq zamanı yoxa çıxmış telefonları ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilən sorğuya cavab verildiyini, həmin məktubda baş redaktorun üzərindən telefon götürülmədiyinin qeyd edildiyini bildirib.  

Hakim Əvəz Zeynallıya ifadə verməyi təklif etsə də, o, Gülər Əhmədova dindirilməyincə heç bir ifadə verməyəcəyini bildirib.
Proses 14 noyabr saat 14:00-a təxirə salınıb.
Məhkəmə prosesində Human Rights Watch təşkilatının nümayəndələri də iştirak edib.    
Xatırladaq ki Əvəvz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə ittiham edilir.

Previous Post

FREEDOM HOUSE TƏŞKİLATI İGF ÖNCƏSİ HAZIRLIQ TƏDBİRİ KEÇİRİB

Next Post

“BİZİM YOL” QƏZETİNİN YAYIM ŞÖBƏSİNİN ƏMƏKDAŞI DÖYÜLÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.