“BİZİM YOL” QƏZETİNİN MÜXBİRİ DÖYÜLÜB

            Fevralın 14-də  RATİ-nin ofisində  ötən şənbə Prezident Administrasiyasının qarşısında keçirilən etiraz aksiyasından reportaj hazırlayarkən mülki geyimli şəxslər tərəfindən fiziki təzyiqə məruz qalan “Bizim Yol” qəzetinin müxbiri Ramid İbrahimovun mətbuat konfransı keçirib.

 Jurnalistin sözlərinə görə “Muray” MMC-nin aldatdığı adamların Prezident Administrasiyasının qarşısında etiraz aksiyasından şəkillər çəkərkən Xüsusi Dövlət Mühafizə İdarəsinin əməkdaşları  tərəfindən ona fiziki təzyiq edilib. Polkovnik rütbəli mühafizə xidməti zabiti jurnalistin telefonun, vəsiqəsini ondan alıb və təpiklə göbəyindən aşağı zərbə endirib. Jurnalistin sözlərinə görə həmin polkovnik bir qadını döyürmüş. Baş verənlərlə bağlı polisə müraciət etdiyini və tibbi ekspertizadan keçdiyini bildirən Ramid İbrahimov onu döyən şəxsin cəzalandırılması üçün bütün hüquqi addımları atacağını bildirdi.

Öz növbəsində  “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev bildirdi ki, hər gün şifahi şəkildə olsa belə qəzetinin  jurnalistlərinə qarşı hədələr olur. Baş redaktorun sözlərinə görə İbrahimovun bir müddət əvvəl Füzuli küçəsində evlərin söküldüyü zaman da döyülmüşdü. Jurnalistin döyülməsini  kəskin pisləyən  baş redaktor hadisə ilə bağlı  beynəlxalq   təşkilatlara, hüquq-mühafizə orqanlarına, məhkəməyə müraciət edəcəyini  də deyib.

“Bizim Yol” qəzeti 2003-cü ildən çıxır, hazırda gündəlik Azərbaycan dilində nəşr olunur.

 

Previous Post

VƏKİLİ EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜB

Next Post

SUMQAYITDA CABBAR SAVALANLIYA DƏSTƏK AKSİYASI VƏ ONUN HƏBSİ İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.