SUMQAYITDA CABBAR SAVALANLIYA DƏSTƏK AKSİYASI VƏ ONUN HƏBSİ İLƏ BAĞLI MƏHKƏMƏ PROSESİ KEÇİRİLDİ

Fevralın 14-də bir qrup gənc Sumqayıt şəhərindəki Heydər Əliyev parkında “Hamımız Cabbarıq, hamımız narkomanıq!”, “Bizə lazım deyil çörək, tiryək, tiryək, tiryək!”  şüarları altında etiraz aksiyası keçiriblər.

Aksiyaya qədər isə Sumqayıt şəhər Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə fevralın 5-də Sumqayıtda saxta narkotik ittihamı ilə həbs edilən AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı saxlanılarkən qeyri insani davranışa məruz qoyulması və vəkilin iştirakı olmadan izahatının alınmasına görə istintaqa qarşı qaldırılmış iddia üzrə məhkəmə prosesi keçirilib. Prosesdə Cabbar Savalanlının vəkilləri Anar Qasımov və Əshabəli Mustafayev hakimə etiraz ediblər. Məhkəmə hakimə verilmiş etiraza baxılması üçün prosesi 18  fevral saat 17.00-a təyin edib.

            Qeyd edək ki, prosesdə foto-video çəkiliş aparmağa məhkəmənin sədri Zeyqəm Hüseynov icazə verməyib. Hərçənd ki, bu hüquq birbaşa prosesə sədrlik edən hakim Elman Məmmədovda olub.

Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı fevralın 5-də Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis onun üzərində axtarış aparılarkən 0,74 qram narkotik maddə aşkarlandığını bildirib, Sumqayıt Şəhər Məhkəməsi isə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

           Yerli hüquq müdafiə və gənclər təşkilatları bu həbsin sifarişlə həyata keçirildiyini,  Savalanlının sosial şəbəkələrdə səsləndirdiyi hakimiyyəti tənqid edən fikirlərinə görə cəzalandırıldığını bildirirlər. 

Previous Post

“BİZİM YOL” QƏZETİNİN MÜXBİRİ DÖYÜLÜB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.