“BİZİM YOL” QƏZETİNİN ƏMƏKDAŞI FİZİKİ TƏZYİQLƏ ÜZLƏŞİB

Aprelin 19-da “Bizim Yol” qəzetinin əməkdaşı Ramid İbrahimov peşə fəaliyyətini yerinə yetirərkən Prezident Aparatının qarşısında fiziki hücuma məruz qalıb.

R. İbrahimovun Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verdiyi məlumata görə, Prezident Administrasiyasının (PA) qarşısında  “Nur-Ay” MMC rəhbərliyindən narazı olan payçıların keçirdikləri aksiya zamanı polis çavuşlarının fiziki təzyiqinə məruz qalıb:

 “Prezident Administrasiyasının  qarşısında olan aksiyada polislər zor və təziqdən istifadə edirdilər. Bu  zaman huşunu itirən və ürəyi gedən iki qadın oldu. Bunlardan birinin telofonla fotosunu çəkməyə cəhd edərkən çavuş polislərdən biri dizi ilə ayağıma zərbə endirdi. Bir başqası isə mənə hədə-qorxu gələrək dedi ki, sizdən, yəni jurnalistlərdən  kişi olmayıb, olsaydınız payınızı yaxşı  verərdik. Baş verənləri adını və soyadlarını deməyən polis polkovnik-leytenantına, mayorlara və kapitanlara müraciət etdim. Onlar həmin polisləri buradan uzaqlaşdırmaqla işlərini bitmiş hesab etdilər”,  –  deyə jurnalist bildirdi.

R. İbrahimov onu da qeyd etdi ki, hələ aksiya yerinə gələn kimi fotoaparatı və diktafonunu Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) əməkdaşları tərəfindən  əlindən alınıb və hələ də ona qaytarılmayıb. O,  bu hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməyi əhəmiyyətsiz hesab edir:

 “Bu ilin 9 fevralında Prezident Aparatı qarşısında Xüsusi Dövlət Mühafizə Xidmətinin polkovnikin  məni döyməsi, bununla bağlı olaraq baş prokuror Zakir Qaralova və daxili işlər nazirinin müavini Vilayət Eyvazova, eləcə də Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə müraciət etməyimə baxmayaraq, buna laqeyd münasibət göstərildi və hələ də hər hansı tədbir  görülməyib ”,  – deyə jurnalist şikayət etməyəcəyini bu səbəblə əsaslandırmağa çalışdı.

Xatırladaq ki, “Bizim Yol” qəzetinin əməkdaşı Ramid İbrahimov 26 noyabr 2010-cu ildə “Qış parkı”  layihəsi əsasında  Bakı şəhəri, Əlimərdan bəy Topçubaşov küçəsi 73 ünvanında evlərin  sökülməsi ilə  əlaqədar foto  çəkiliş apararkən,  BŞİH –nin əməkdaşı  tərəfindən də fiziki təzyiqə məruz qalıb və bununla əlaqədar da kimsə cəzalandırılmayıb.

Qeyd edək ki, “Bizim yol” qəzeti 2003-cü ildən çap olunur və gündəlik qəzet kimi fəaliyyət göstərir.

 

 

 

 

Previous Post

BAŞ REDAKTORUN HƏBSDƏ ÖLMƏSİ FAKTI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

NEFT AKADEMİYASINDAN QOVULMUŞ TƏLƏBƏNİN İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.