NEFT AKADEMİYASINDAN QOVULMUŞ TƏLƏBƏNİN İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (21 aprel) Bakı Apellyasiya Məhkəməsində hakim hakim Sevda Hüseynovanın sədrliyi ilə Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric olunmuş tələbə Elmin Bədəlovun  ADNA-ya və onun rektoru Siyavuş Qarayevə qarşı ikinci məhkəmə iddiası üzrə Nəsimi rayon Məhkəməsinin 2 fevral 2011-ci il  tarixli qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirildi. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) E. Bədəlovun özü məlumat verib.

Onun sözlərinə görə, prosesdə özü və nümayəndəsi Fariz Namazlı, cavabdeh qismində isə vəkil  İlqar Cavadov və ADNA-nın neft-mexanika fakültəsinin dekanı Qasım Məmmədov iştirak edirdilər.

E. Bədəlov bildirdi ki, ADNA rəhbərliyi bir daha onu müxalifət qəzetində işləməsinə görə qınayıb:  “Bu bir faktdır. Akademiyanın tərtib etdiyi protokolda məni müxalifət qəzetində işlədiyimə görə günahlandırıblar. Həmin protokolu da bir fakt kimi məhkəməyə təqdim etdik”,  – deyən E. Bədəlov hakim S. Hüseynovanın növbəti prosesi 12 may saat 14:00-a təyin etdiyini bildirdi.

Xatırladaq ki,  “Yeni müsavat” qəzetinin əməkdaşı  Elmin Bədəlov 19 yanvar 2010-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasından xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə təhsil müəssisəsindəki rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında  “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı  məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edir. Pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün Nəsimi rayon Məhkəməsində Azərbaycan Dövlət Neft Akademiyasına və  rektor Siyavuş Qarayevə qarşı iddia qaldırsa da, 05 aprel 2010-cu ildə iddianın təmin edilməməsi ilə bağlı qərar çıxarılıb. 2 iyul 2010-cu il tarixində Bakı Apellyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin 5 aprel 2010-cu il tarixli qərarının qüvvədə saxlayaraq, şikayəti təmin etməyib. Ali Məhkəmə 23 noyabr 2010-cu il tarixində kassasiya şikayətinin təmin edilməməsi barədə qərar verib. ADNA və onun rektoruna qarşı  ikinci məhkəmə iddiasını   Nəsimi rayon Məhkəməsi 2 fevral 2011-ci ildə təmin etməyib.

 

Previous Post

“BİZİM YOL” QƏZETİNİN ƏMƏKDAŞI FİZİKİ TƏZYİQLƏ ÜZLƏŞİB

Next Post

BƏXTİYAR HACIYEVİN MƏHKƏMƏSİ APRELİN 28 -DƏ DAVAM EDƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.