“BİZİM YOL” QƏZETİNİN ƏMƏKDAŞI MƏHKƏMƏYƏ ÜZ TUTDU

“Bizim Yol” qəzetinin əməkdaşı Ramid İbrahimov  Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin  onun döyülməsi faktı ilə bağlı cinayət işinin  başlanmasını rədd etməsinə görə  məhkəməyə müraciət edib.

Bu barədə bu gün (2 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) R. İbrahimovun özü məlumat verib.
 “Mənim şikayət ərizəm Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsində araşdırıldı və baş təhqiqatçısı polis kapitanı Yaşar İsayev tərəfindən 06 yanvar 2011-ci il tarixində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildi. Bu qərarın düzgün verilmədiyini düşünürəm və tələb edirəm ki, mənə qarşı törədilmiş zorakılıq faktı üzrə Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin baş təhqiqatçısı polis kapitanı Yaşar İsayev  cinayət işinin başlanmasının rədd edilməsinə dair 06 yanvar 2011-ci il  qərarı ləğv edilsin, eləcə də Nəsimi RPİ-nin 21-ci PB-nin baş təhqiqatçısı polis kapitanı Yaşar İsayev barədə cəza tədbiri görülsün”, – deyə jurnalist qeyd etdi.   
Xatırladaq ki, “Bizim Yol” qəzetinin əməkdaşı Ramid İbrahimov 26 noyabr 2010-cu ildə “Qış parkı”  layihəsi əsasında  Bakı şəhəri, Əlimərdan bəy Topçubaşov küçəsi 73 ünvanında evlərin  sökülməsi ilə  əlaqədar foto  çəkiliş apararkən,  BŞİH –nin əməkdaşı  tərəfindən fiziki təzyiqə məruz qalıb və bununla əlaqədar dekabrın 3-də Media Hüququ İnstitutu (MHİ)  Daxili İşlər Nazirliyinə (DİN), Baş prokurorluğa və Mətbuat Şurasına (MŞ) müraciət edib.
Qeyd edək ki, “Bizim yol” qəzeti 2003-cü ildən çap olunur və gündəlik qəzet kimi fəaliyyət göstərir.
 

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 1 MART

Next Post

SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GƏNC FƏALIN ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.