SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GƏNC FƏALIN ŞİKAYƏTİNİ TƏMİN ETMƏDİ

Martın 2-də  Sumqayıt Apellyasiya məhkəməsində  hakim Azər Hüseynovun  sədrliyi ilə  AXCP Gənclər Komitəsinin üzvü Cabbar Savalanlı barəsində seçilmiş  həbs qəti imkan tədbirinin  ev dustaqlığı ilə əvəz olunmağı barədə  verilən apellyasiya şikayətinə baxılıb.

Qapalı keçirilən məhkəmə prosesindən sonra gənc fəalın vəkili  Anar Qasımovun  verdiyi məlumata görə,   prosesdə əvvəlcə hakim heyətinə  etiraz olunub. Çünki işə  cinayət kollegiyasının yox, mülki işlə üzrə kollegiya baxıb. Amma Etiraz təmin olunmayıb. HAbelə məhkəmə  gənc fəalın ev dustaqlığı  ilə bağlı verilən şikayətini də təmin etməyib.
Vəkilləri bu qərarın qanunsuz olduğunu əsas gətirərək Avropa Konvensiyanın 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması) ilə Cabbar Savalanlının hüquqlarının pozulduğunu bildiriblər.
Cabbar Savalanlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (qanunsuz narkotik maddə saxlama) ittiham olunur. Onu 3 ilədək həbs cəzası gözləyir. Polis iddia edir ki, onun üzərindən 0,17 qr. tiryək götürülüb.
 Gənc fəalın tərəfdarları əmindirlər ki, Savalanlı siyasi əsaslarla, xüsusən yanvarın 20-də müxalifətçilərin Şəhidlər Xiyabanına yürüşündə fəal iştirakına görə həbs olunub. Həmin vaxt müxalifətçilərin daşıdığı siyasi plakatlara görə onlarla polis arasında qarşıdurma yaranmışdı.
Qeyd edək ki, bu dəfəki proses də ciddi polis nəzarəti altında keçirilib. Polis gənc fəalın tərəfdarlarını məhkəmə binasının yaxınına belə buraxmayıb.  

Previous Post

“BİZİM YOL” QƏZETİNİN ƏMƏKDAŞI MƏHKƏMƏYƏ ÜZ TUTDU

Next Post

İCTİMAİYYƏT ELMAR HÜSEYNOVUN XATİRƏSİ MƏZARI BAŞINDA YAD ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.