Bloqerin qohumları polisə aparıldı

Fransada yaşayan bloqer Məhəmməd Mirzəlinin atası Fazil Mirzəliyev Göyçay Rayon Polis Şöbəsinə çağrıldığı, sonra isə Daxili İşlər Nazirliyinə (DİN) aparıldı. Bu barədə bloqer özü məlumat verdi.

Onun sözlərinə görə, atası ilə birgə bloqerin yeznəsi (bacının həyat yoldaşı) da Bakıya gətirildi. Mirzəli əlavə etdi ki, qohumları onun tənqidi mövqeyinə, fəaliyyətinə görə incidirlər:

“Atamın polisə aparılmasına səbəb hakimiyyəti tənqid edən videoları sosial şəbəkələrdə yaymağımdır. Bu həm də ilk dəfə deyil ki, atamı polisə aparırlar. 2016-cı, 2017-ci ildə də belə olub. Hətta məndən övlad kimi imtina ərizəsi də yazdırıblar. Məndən tələb edirlər ki, fəaliyyətimə son qoyum və Made in Azerbaycan facebook səhifəsindəki videoları silim”, – M.Mirzəli deyib.

M.Mirzəlinin dediyinə görə, atasının və yeznəsinin polisə aparılmasının səbəbləri barədə heç nə deməyib.

Mirzəli həmçinin bildirib ki, bacısının həyat yoldaşı Ağayev Elmana qarşı artıq ittiham irəli sürüldü. Onu narkotiklərin qanunsuz dövriyyəsində ittiham edirlər.

Previous Post

Azərbaycanın müstəqil mətbuatına qarşı təzyiqlər hakimiyyətin İnternet üzərində nəzarətinin gücləndirilməsi ilə müşayiət olunur

Next Post

RATİ: Azərbaycan hakimiyyəti müstəqil mediaya qarşı kiber təxribatlara son qoymalıdır

Start typing to see posts you are looking for.