BLOQOSFER 2010″ 20 TƏKLİF QƏBUL EDİB “

Bu gün (28 sentyabr ) Azərbaycan Media Mərkəzində bloggerlərin və yeni media mütəxəssislərinin I Forumu -Bloqosfer 2010-nun nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirilib.

Forum cari ilin 10-12 sentyabr tarixlərində Xudat rayonunun Nabran kəndində keçirilib. Forumun məqsədi bu sahədəki fəaliyyətin mübadiləsi idi. Təşkilatçılar İnformasiya Texnologiyaları, İnternet və Media İctimai Birliyi, “BarKamp Azərbaycan” və Azərbaycan İnternet Forumu olub.
 Konfransa Açıq Cəmiyyət İnstitutu -Yardım Fondu, USAİD, ABŞ Səfirliyi, Unibank, Counterpart və Nexus dəstək veriblər.
 "Bloqosfer 2010" layihəsinin koordinatoru Azər Nəzərovun sözlərinə görə, müzakirələrin gedişində iştirakçılar qeyd ediblər ki, Azərbaycanda reklam verənlər bloqlara xüsusi diqqət yetirmirlər, regionlarda bloqların səviyyəsi aşağıdır, bloqlarda və yeni media vasitələrində Azərbaycan dilinin qaydalarına lazımi diqqət verilmir, multimedia imkanlarından tam və həmişə düzgün istifadə olunmur, bloqların davamlılığı problemi var.
 Bu problemlərin həlli üçün konfransda 20 təklif qəbul edilib. Xüsusilə qərara alınıb ki, reklam agentliklərinə və reklam verənlərə keyfiyyətli bloqların imkanlarını nəzərə almaları ilə bağlı müraciət edilsin, rayon kitabxanaları İnternetə qoşulsun, icra hakimiyyəti başçılarına və digər strukturlara ictimai İnternet-resurs mərkəzləri yaratmaq məqsədilə müraciət olunsun, mobil operatorlardan 3G xidmətinə görə tarifləri endirmək  və onu bütün regionlara tətbiq etmək xahiş edilsin, regionlarda keyfiyyətli ADSL xidmətləri təklif edilməsi üçün İnternet provayderlərə müraciətlər göndərilsin, “Elektron hökumət” layihəsi çərçivəsində işlər tezləşdirilsin.
 "Bloqosfer 2010"-nun təşkilat komitəsi bu məsələlərlə bağlı müvafiq qurumlara müraciət etmək niyyətindədir.

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 27.09.2010

Next Post

DEPUTATLIĞA NAMİZƏD SEÇKİ PROSESİNDƏ ÜZLƏŞDİYİ PROBLEMLƏRLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.