
Bəxtiyar Hacıyev bildirdi ki, o sənədləri Dairə Seçki Komissiyasına təqdim edəndə ona bildiriblər ki, son bir il ərzində maliyyə gəlirləri barədə sənəd də təqdim etməlidir. B. Hacıyev onu da əlavə etdi ki, o işlədiyi Dünya Bankı və Təhsil və İnkişaf Mərkəzi ilə bağladığı əmək müqavilələrini DSK- ya təqdim edib, lakin DSK- dan müqavilənin yalnız notarial qaydada təsdiq edildikdən sonra qəbul ediləcəyini bildiriblər.“Notarius elektron imzanı təsdiq etmir. Amma elektron imza ilə bağlı Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyev 26 may 2004 – cu ildə fərman imzalayıb. Görünür aidiyyatı qurumların bu fərmandan xəbəri yoxdu və yaxud da bu fərman işləmir. Çünki Ədliyyə Nazirliyi fərmanla tanış olmaq üçün məndən bir neçə gün vaxt istəyib”,- deyə B. Hacıyev bildirdi.