“BLOOMBERG” AGENTLİYİNİN FOTOMÜXBİRİ AZƏRBAYCANDAN DEPORTASİYA EDİLDİ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) direktoru Emin Hüseynovun verdiyi məlumata görə, bu gun saat 17.50 radələrində “Bloomberg” agentliyinin fotomüxbiri Diana Markosyan Azərbaycandan İstanbul reysi ilə üçan təyyarə vasitəsilə deportasiya edilib.

Onun verdiyi məlumata görə, fotomüxbir  iyunun 28-nə keçən gecə Bakıya gəlib. Markosyanın ikili vətəndaşlığı var –  o Amerika və Rusiya vətəndaşıdır. Bakıya Rusiya pasportu ilə gəlib. O yalnız erməni əsilli olduğu üçün saxlanılıb və deportasiya edilib.
Öz növbəsində, Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov “Turan” İnformasiya Agentliyinə  bu jurnalistin akkreditasiyası olmadığını deyib.
Onun sözlərinə görə, bir müddət əvvəl Azərbaycan XİN-ə ”Bloomberg” agentliyinin nümayəndəsi Maykl Smiti akkreditə etmək xahişi ilə müraciət daxil olub. Bu xahiş təmin edildikdən sonra Smiti fotomüxbir Diana Kazaryanın (XİN-ə daxil olan müraciətdə fotomüxbirin soyadı məhz belə göstərilmişdi) müşaiyət edəcəyi haqqında məktub daxil olub.
“Bloomberg” agentliyinə göndərilən rəsmi cavabda ya Kazaryanın akkreditasiyası haqqında müraciətə baxılması üçün səfəri təxirə salmaq, yaxud başqa fotomüxbir göndərmək təklif edilmişdi  ki, qısa vaxt ərzində Kazaryan üçün təhlükəsizlik tədbirlərini təmin etmək mümkün deyil. Lakin “Bloomberg” Azərbaycan XİN-in bu rəsmi bildirişini diqqətə almayıb. Hazırda Maykl Smit artıq Bakıdadır və onun işi üçün heç bir maneə yoxdur”, – deyə o, əlavə edib.
Xatırladaq ki, apreldə isə İsveçdən olan üç jurnalist – May Rohvedder Strit (My Rohwedder Street) və Şarlotta Vijstkörm (Charlotta Wijkström) və Şarli Laprevod (Charlie Laprevote) saxlanılaraq bir gün sonra ölkədən deportasiya edilmişdilər.

Previous Post

ƏCNƏBİ JURNALİSTİ VƏ HÜQUQ MÜDAFİƏÇİSİNİ DÖYƏN ŞƏXSLƏR SAXLANILIB

Next Post

HƏYATINIZI ORDUYA ETİBAR EDİRSİNİZMİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.