BÖYÜK BRİTANİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ RATİ-NİN BÖLGƏ MÜXBİRLƏRİ İLƏ GÖRÜŞÜB

Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım  Karolin Braun Naxçıvan səfəri çərçivəsində “Demokratiya və QHT-lərin İnkşaf  Resurs Mərkəzi”nin müvəqəti ofisində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvandakı bölgə müxbirləri – Elman Abbasov və Həkimeldostu Mehdiyevlə görüşüb.

O, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə RATİ-nin Muxtar Respublikada həyata keçirdiyi “İnsan Hüquqları və Kütləvi İnformasiya Vasitələrinin Monitorinqi” layihəsi ilə maraqlanıb. RATİ-nin Naxçıvandakı əməkdaşları səfiri  Naxçıvan MR-də insan haqları və mətbuatın vəziyyəti haqda məlumatlandırılıblar və bu barədə geniş müzakirələr aparılıb. Sonra xanım Braun son dövrlər  Muxtar Respublikada təzyiqə məruz qalmış bir neçə sakinlə görüşüb və onları dinləyib.

 Qeyd edək ki, Britaniya səfiri səfəri zamanı  siyasi məsələlər üzrə  ikinci katibi Katrin Klev müşayiət edib.

Previous Post

ƏDLİYYƏ NAZİRLİYİ RATİ-NİN BƏYANATINA MÜNASİBƏT BİLDİRİB

Next Post

MƏHKƏMƏ “GÜNDƏLİK BAKI” QƏZETİNƏ QARŞI QALDIRILMIŞ İDDİANI TƏMİN ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.