MƏHKƏMƏ “GÜNDƏLİK BAKI” QƏZETİNƏ QARŞI QALDIRILMIŞ İDDİANI TƏMİN ETDİ

Bu gün  (30 oktyabr) Yasamal Rayon Məhkəməsində hakim Svetlana Əhmədovanın sədrliyi ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin “Gündəlik Bakı” qəzetinə qarşı şərəf və ləyaqətin müdafiəsi ilə bağlı qaldırdığı iddia əsasında məhkəmə prosesində yekun qərar verilib. Qərara əsasən, “Gündəlik Bakı” qəzeti təkzib verməli və Hacı Allahşükür Paşazadədən üzr istəməlidir.
 

“Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev qərardan apellyasiya şikayəti verəcəyini bildirib.

Xatırladaq ki, A. Paşazadə "Gündəlik Bakı" qəzetinin 14 yanvar 2009-cu il tarixində dərc edilmiş "Cənubdakı  narkotik marşrutu-2" adlı məqalədə şərəf və  ləyaqətinin təhqir olunduğunu hesab edərək məhkəməyə müraciət etmiş, qəzetin üzr istəməsini və təkzib verməsini tələb etmişdir.
 

Previous Post

BÖYÜK BRİTANİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ RATİ-NİN BÖLGƏ MÜXBİRLƏRİ İLƏ GÖRÜŞÜB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.