“EVROPA+” RADİOSUNUN YAYIMI DAYANDIRILA BİLƏR

yanvar 24th, 2008
“Evropa +” radiosunun ölkəmizdə yayımı o zaman mümkündür ki, radio bizim qoyduğumuz şərtləri qəbul etsin”.

Bu sözləri MTRŞ-nın sədri N.Məhərrəmli yanvarın 22-də keçirdiyi mətbuat konfransında söyləmişdi. Sədr qeyd edib ki, “sözügedən radioda rus dilində xəbərlər yayımlanır. Radio bizim qoyduğumuz şərtləri qəbul edib öz yayımını Azəbaycan dilində davam etdirməlidir. Əks halda radionun ölkəmizdə yayımlanması dayandırılacaq.  N.Məhərrəmli onu da qeyd etdi ki, radio Azərbaycan dilində yayımlanmağa hazır olarsa yayım lisenziyası ona heç bir tender keçirilmədən veriləcək və başqa radiolara tender keçirmək üçün zərurət olmayacaq”.