YOXLAMALAR MƏTBƏƏDƏ DAVAM ETDİRİLİB

Dünən, (23 yanvar) Bakı Vergilər Departamentinin əməkdaşları “Çap Evi” mətbəəsində səyyar yoxlamalar aparıblar.

Bu xəbəri RATİ-yə mətbəənin rəhbəri Şahbaz Xuduoğlu verib. O, bildirib ki, bu yoxlamalar “Qanun Nəşrlər Evi”-nin redaksiyasında aparılan yoxlamaların davamıdır. Ş.Xuduoğlu onu da vurğulayıb ki, yoxlamalar zamanı departamentin əməkdaşları mətbəəyə məxsus maliyyə sənədlərini özləri ilə aparıblar.
     Məsələ ilə əlaqədar RATİ Vergilər Nazirliyinin Mətbuat xidməti ilə əlaqə saxlayıb. Adı çəkilən qurumdan bildirilib ki, Vergilər Nazirliyi Azərbaycan qanunvericiliyi çərçivəsində istənilən müəssisə və obyektlərdə yoxlama aparmaq iqtidarındadır. Konkret bu yoxlamanın nəticələri ilə bağlı məlumat yoxlamalar yekunlaşandan sonra veriləcək.  

Previous Post

“EVROPA+” RADİOSUNUN YAYIMI DAYANDIRILA BİLƏR

Next Post

MEDİA AZADLIĞI İLƏ BAĞLI TƏKLİFLƏR İRƏLİ SÜRÜLÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.