“ÜÇ NÖQTƏ” QƏZETİ REDAKSİYASINI QARƏT EDƏNLƏR HƏLƏ DƏ YAXALANMAYIB

“Üç nöqtə” qəzetinin redaksiyasında baş verən oğruluq (http://www.irfs.az/content/view/1618/28/lang,az/)  hadisəsi ilə bağlı istintaq davam edir.

Bu barədə RATİ-yə Yasamal rayon Polis İdarəsinin müstəntiqi Bəhruz Məmmədov  məlumat verib: “Ətrafda yaşayan və işləyən adamların ifadələrini almaqda davam edirik. Hadisə yerindən götürülmüş qan izləri ekspertizaya göndərilib. Yaxın vaxtlarda istintaq yekunlaşacaq və bu işi törədənlər öz cəzalarını alacaqlar”.
“Üç nöqtə” qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı isə RATİ-yə bildirdi ki, istintaq barədə onlara heç bir məlumat verilmir: “Hadisə ilə bağlı baş redaktor olaraq bir dəfə də olsun məni dindirməyiblər. Ona görə də mən istintaqın davam etməsinə şübhə edirəm”.
Xatırladaq ki, dekabr ayının 10-da “Üç nöqtə” qəzetinin redaksiyası qarət olunub. Qarət  nəticəsində beş monitor və bir printer oğurlanıb. Baş vermiş hadisə ilə bağlı Yasamal rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
Previous Post

“REFERENDUM KİV-İN DƏ FƏALİYYƏTİNİ MƏHDUDLAŞDIRMAĞA YÖNƏLİB”

Next Post

EYNULLA FƏTULLAYEVİN ŞƏXSİ SAYTI YARADILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.