“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin şəxsi saytı yaradılıb.
Bu barədə RATİ-yə fəaliyyətini dayandırmış “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu məlumat verdi:
”Eynulla Fətullayevin adına sayt yaratmaq ideyası onun ad günü ərəfəsində meydana gəldi. Sayt texniki cəhətdən hazır idi, yalnız dizayn, saytın adının və domenin necə olması ilə bağlı suallar yaranmışdı. Bu məsələ də tezliklə öz həllini tapdı. www.eynulla.info ünvanında yerləşən sayt Eynulla Fətullayevin şəxsi saytı statusunda fəaliyyət göstərir. Saytda baş redaktorun həyat və fəaliyyəti, həbsi, məhkəməsindən hazırlanan reportajlar, barəsində yazılan məqalələr öz əksini tapıb. Sayt gündəlik olaraq yenilənir və ora hər gün baş redaktorla bağlı ən son məlumatlar yerləşdirilir. Habelə saytda həbsdə olan digər jurnalistlərlə bağlı da xəbərlər yerləşdirilir”.