KABEL TELEVİZİYASI (KTV) FİLM NÜMAYİŞİ ZAMANI “REN TV” TELEKANALININ YAYIMINI DAYANDIRIB

Bu günlərdə Rusiyanın “REN TV” telekanalında “Krovavıy razvod” (“Qanlı parçalanma”) adlı silsilə filmin nümayişi zamanı Kabel Televiziyası (KTV) tərəfindən kanalın yayımı  birtərəfli qaydada bağlanıb.

Bu barədə “Yeni Müsavat” qəzeti məlumat yayıb. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı “Yeni Müsavat”a bildirib ki, 1988-ci ilin Sumqayıt hadisələrindən bəhs edən film qeyri–obyektiv və tərəfli  olub: “Filmdə Azərbaycan xalqına böhtan atılırdı”.
KTV mətbuat xidmətinin rəhbəri Hüseyn İsmayılbəyli yayımın kəsilməsi ilə bağlı deyib: “Abunəçilərimizlə bağladığımız müqaviləyə əsasən Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə, dövlət maraqlarına zidd olan filmlərin birtərəfli qaydada yayımı dayandırılır. Bütövlükdə həmin kanal Azərbaycana əks siyasət yeridirsə, tamamilə bağlana bilər. Milli Televiziya və Radio Şurasının da mövqeyi bundan ibarətdir ”.
Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirib ki, tarixən və indinin özündə Azərbaycanın torpağı olan Dağlıq Qarabağın müstəqil qurum kimi göstərilməsi beynəlxalq qanunlara zidd bir addımdır və bu məsələ ilə bağlı ciddi araşdırmalar aparılacaq.

Previous Post

ELAN!

Next Post

YERLİ VƏ BEYNƏLXALQ İCTİMAİYYƏT MÜŞFİQ HÜSEYNOVUN HƏYATININ TƏHLÜKƏDƏ OLMASINDAN NARAHATDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.