Jurnalistləri Müdafiə Komitəsi (JMK) “Bizim Yol” qəzetinin həbsdə olan müxbiri Müşfiq Hüseynovun səhhətinin pisləşməsi ilə əlaqədar jurnalisti dərhal azad etməyə çağırıb.
“Biz Azərbaycan hökumətini Müşfiq Hüseynovun təcili ehtiyacı olan xüsusi tibbi müalicəni ala bilməsi üçün cəzasının geri qalanını humanitar əsaslarla yüngülləşdirməyə çağırırıq” – deyən JMK-nın Avropa və Mərkəzi Asiya Proqram Koordinatoru Nina Oqnianova bildirib ki, bizim Hüseynov barəsindəki narahatlığımız adekvat müalicə təyin edilmədiyi üçün avqust ayında həbsxanada dünyasını dəyişmiş “Tolışi-sədo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovun vəfatından dolayı daha da artmışdır.
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel həbsdəki jurnalist Müşfiq Hüseynovun səhhəti ilə yaxından maraqlanacağını bildirib. “Azadlıq” radiosuna müsahibəsində A.Herkel Azərbaycanda bir dəfə oxşar hadisənin baş verdiyini, Novruzəli Məmmədovun həbsxanada vəfat etdiyini, buna görə də Müşfiq Hüseynovun səhhətinə həssas yanaşmağın vacib olduğunu bildirib: “Dünyanın hər yerində jurnalistlər həssas təbəqə sayılır. Xüsusilə də əgər onlar həbsdədirlərsə, bu, nəzərə alınmalı və jurnalistə lazımi tibbi yardım göstərilməlidir”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu RATİ-yə bildirib ki, Amerika səfirliyində görüşdə Avropa və Avrasiya məsələləri üzrə Büronun Qafqaz məsələləri üzrə və regional konfliktlər ofisinin direktoru Ethan Qoldriçə Müşfiq Hüsetynovun vəziyyəti ilə bağlı məlumat verib və azad olunmazsa, onun da Novruzəli Məmmədovun aqibəti ilə üzləşəcəyini diqqətə çatdırıb.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Jurnalistika və İnkişaf Mərkəzinin sədri Qulu Məhərrəmli, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli və Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı Müşfiq Hüseynovun azad olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət ediblər. “Azadlıq” radiosunun məlumatına görə, müraciətdə dövlət başçısından xahiş edilir ki, humanizm prinsiplərini əsas tutaraq, Müşfiq Hüseynov əfv edilsin və bununla da ona müvafiq müalicə almaq imkanı yaradılsın. “İndiki vəziyyətdə biz Müşfiq Hüseynovun günahının dərəcəsini və ona verilən cəzanın ədalətliliyini müzakirə etmək fikrindən uzağıq. Amma istənilən cəzanın məqsədi insanı islah etməkdir. Bizi bu gənc jurnalistin gələcəkdə sağlamlığını bərpa etmək, əmək fəaliyyətini hər hansı formada davam etdirmək imkanını itirməsi təhlükəsi narahat edir. Onu isə evdə iki və dörd yaşlı uşaqları, işsiz ailə yoldaşı gözləyir” – deyə müraciətdə bildirilir.
Əlavə edək ki, vərəm xəstəliyindən əziyyət çəkən M.Hüseynov səhhəti kəskin pisləşdiyi üçün 1 ay yarım əvvəl – oktyabrın 14-də cəza çəkdiyi 2 saylı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin Vərəmli Məhkumlar üçün İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb. Jurnalist bildirir ki, xəstəliyi getdikcə şiddətlənsə də, ona lazımi müalicə təyin olunmur.
Xatırladaq ki, “Bizim yol” qəzetinin əməkdaşı M.Hüseynov 2007-ci il iyulun 24-də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.
Qeyd edək ki, “Bizim yol” qəzeti 2003-cü ildən çap olunur və gündəlik qəzet kimi fəaliyyət göstərir.