“AZADLIQ” QƏZETİNİN ƏMƏKDAŞININ İŞİ AVROPA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLDİ

“Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin 22 fevral 2008-ci il tarixində "Zeytun bağı" adlanan ərazidə döyülməsi ilə bağlı iş Avropa Məhkəməsinə göndərilib.

Bu haqda məlumatı RATİ-yə vəkil Elçin Sadıqov verib. “Bu işlə bağlı biz əvvəl Nəsimi Rayon Məhkəməsinə müraciət etdik. İddiamız təmin olunmadı. Daha sonra Apellyasiya məhkəməsi də eyni qərarı qüvvədə saxladı. Biz bu iş üzrə Avropa İnsan Haqqları Konvensiyasının 2, 3, 5, 6 və 10-cu maddələrinin pozuntusundan Avropa Məhkəməsinə müraciət etdik. Şikayətdə Aqil Xəlilin Baş Prokurorluq tərəfindən işgəncələrə məruz qalması və təhlükəsizliyinin təmin edilməməsi məsələləri də yer alıb” – deyə vəkil bildirib.
Previous Post

RATİ ƏMƏKDAŞLARINA APELLYASİYA MƏHKƏMƏSİNDƏ FİZİKİ TƏZYİQ GÖSTƏRİLİB

Next Post

BUZOVNA BƏLƏDİYYƏSİ “YENİ MÜSAVAT”LA BAĞLI MƏTBUAT ŞURASINA ŞİKAYƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.