RATİ ƏMƏKDAŞLARINA APELLYASİYA MƏHKƏMƏSİNDƏ FİZİKİ TƏZYİQ GÖSTƏRİLİB

Bu gün (26 noyabr) Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə “İdeal” qəzetinin təsisçisi Nazim Quliyevin vəkillərinin verdiyi apellyasiya şikayətinə əsasən proses keçirilib.

Şikayətçi tərəfin vəkili Vüqar Xasayevin RATİ-yə verdiyi məlumata görə, prosesdə tərəflər dinlənildikdən sonra növbəti iclas 01 dekabr 2008-ci il, saat 10:00-a təyin olunub.
Xatırladaq ki, “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının xüsusi ittiham qaydasında qaldırdığı iddiaya əsasən, Nəsimi rayon məhkəməsinin hakimi Elman Əhmədov Nazim Quliyev haqqında həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb. Həmçinin Nazim Quliyev məhkəməyə gəlmədiyinə görə barəsində axtarış elan olunub.
Onu da qeyd edək ki, prosesdə müşahidəçi qismində iştirak etmək istəyən RATİ əməkdaşları hakim Faiq Qasımovun göstərişinə əsasən məhkəmə zalına buraxılmayıblar. Açıq keçirilən məhkəmədə iştirak etmək üçün iclas zalına daxil olmaq istəyən RATİ əməkdaşları mülki geyimli şəxs tərəfindən fiziki təzyiqlə zaldan çıxarılıb və polis nəfəri onları məhkəmə ərazisindən zorla uzaqlaşdirib.
Previous Post

ABŞ-IN HELSİNKİ KOMİSSİYASI PREZİDENT İLHAM ƏLİYEVƏ MƏKTUB ÜNVANLAYIB

Next Post

“AZADLIQ” QƏZETİNİN ƏMƏKDAŞININ İŞİ AVROPA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.