TƏHSİL ÜZRƏ EKSPERTİN MƏQALƏSİ EKSPERTİZAYA GÖNDƏRİLDİ

Bu gün (12 aprel) Yasamal rayon Məhkəməsində hakim Xaqani Məmmədovun sədrliyi ilə Təhsil Nazirliyinin (TN) nəzdində fəaliyyət göstərən “Dərslikləri Qiymətləndirmə Şurası”nın (DQŞ) təhsil üzrə ekspert Əlövsət Osmanlıya qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə proses keçirilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna Ə.Osmanlı məlumat verib.
Prosesdə Ə. Osmanlı iddiya səbəb olmuş yazının linqvistik ekspertizaya göndərilməsi ilə bağlı vəsatət qaldırıb. Hakim vəsatəti təmin edib və prosesi ekspertizanın rəyi əldə olunanadək təxirə salıb.
Xatırladaq ki, Ə. Osmanlının “Azadlıq” qəzetində təhsildəki nöqsanlarla bağlı yazdığı silsilə yazılardan birində getmiş “Dərslikləri Qiymətləndirmə Şurası dərslik komplektlərinin seçimində saxtakarlığa yol verir” cümləsini özlərinə qarşı böhtan hesab edən DQŞ üzvləri Cinayət Məcəlləsinin 147.1 maddəsi (Böhtan) ilə Yasamal Rayon Məhkəməsinə müraciət ediblər.

Previous Post

Evlərin Sökülməsi

Next Post

SABİQ BAŞ PROKUROR “XURAL” QƏZETİNİ MƏHKƏMƏYƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.