SABİQ BAŞ PROKUROR “XURAL” QƏZETİNİ MƏHKƏMƏYƏ VERİB

Sabiq baş prokuror İxtiyar Şirin “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya, qəzetin baş redaktorunun müavini Məlahət Zeynallıya və keçmiş müdafiə naziri Rəhim Qazıyevə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb.

Yasamal rayon məhkəməsinin hakimi Raqib Qurbanovun icraatında olan iş üzrə bu gün (12 aprel) keçirilən hazırlıq iclası 19 aprel saat 10:15-də davam edəcək. Belə ki, cavabdehlər iddia ərizəsini almadıqlarını bildiriblər. Baş redaktor Əvəz Zeynallı qeyd edib ki, “Xural” qəzeti Nərimanov rayonu ərazisində yerləşdiyi üçün iddianın bu rayona göndərilməlidir. O, həllik müdafiəçisi olmadığını və Media Hüququ İnstitutu ilə müqavilə bağlayacağını deyərək, iclasın təxirə salınmasını xahiş edib.

Qeyd edək ki, iddiaya Rəhim Qazıyevin “Xural” qəzetinin 10-16 yanvar tarixli  sayında dərc olunmuş müsahibəsi səbəb olub. Müsahibənin bir hissəsində R.Qazıyev İxtiyar Şirinin mətbuata verdiyi açıqlamalara münasibət bildirib. Bu səbəbdən də İ.Şirin xüsusi ittiham qaydasında məhkəməyə müraciət edərək, cavabdehlərə Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələri ilə cinayət işi açılmasını istəyib.

Previous Post

TƏHSİL ÜZRƏ EKSPERTİN MƏQALƏSİ EKSPERTİZAYA GÖNDƏRİLDİ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.