“XURAL” QƏZETİNİN KASSASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (17 iyun) Ali Məhkəmədə hakim Əli Rüstəmovun sədrliyi ilə  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  icraçı direktoru Vüqar Səfərlinin və  “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının 7 fevral 2011-ci il tarixli qarşılıqlı apellyasiya şikayətindən verilən kassasiya şikayəti üzrə qərar qəbul olunub.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Ə. Zeynallının vəkili Elçin Sadıqov məlumat verib.

Vəkilin sözlərinə görə, hakim Bakı Apellyasiya Məhkəməsinin 7 fevral 2011-ci il tarixində çıxardığı qərarın qüvvədə saxlanıldığını elan edib.

            Xatırladaq ki, Vüqar Səfərli Əvəz Zeynallının müəllifi olduğu və “Xural” qəzetinin 25-31 iyul 2010-cu il tarixli sayında dərc olunmuş “İlham Əliyev “Xural”ın prezidenti deyil?!” başlıqlı yazıda barəsində “mətbu qəssab” ifadəsinin işlədilməsini şərəf və ləyaqətinin təhqir olunması kimi dəyərləndirərək, cavabdehin təkzib verilərək üzr istənilməsi və qəzetin 10.000 manat təzminat ödəməsi barədə iddia qaldırıb. 7 fevral 2011-ci il tarixində Apellyasiya Məhkəməsi Səfərlinin iddiasını qismən təmin edərək Zeynallının üzür istəyərək təkzib verməsi və 5 min manat həcmində cərimələnməsi barədə qərar verib.

 

Previous Post

EMIN MİLLİ TƏHSİL ALMAQ ÜÇÜN XARİCƏ GETDİ

Next Post

NEMƏT PƏNAHLI 6, DOSTU CEYHUN FƏRZULLAYEV İSƏ 4 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.