İyunun 16-da blogger, keçmiş siyasi məhbus Emin Milli (Abdullayev) təhsilini davam etdirmək üçün Azərbaycandan getməyə nail olub. Məlumatı “Azadlıq” radiosu yayıb.
Qeyd edək ki, Böyük Britaniyada Con Smit proqramı üzrə təhsil almaq hüququ qazanan Emin Milli iyunun 10-da sərhəddən geri qaytarılmışdı. Bloqçuya üzərində şərti azadlıqdan məhrumetmə cəzası olduğundan ölkədən çıxa bilməyəcəyi bildirilmişdi.
Xatırladaq ki, bloggerlər – Emin Milli və Adnan Hacızadə “Eşşəklə müsahibə” satirik videoçarxa görə 2009-cu il iyulun 8-də "Livan" restoranında baş vermiş insident bəhanəsi ilə həbs ediliblər. Həmin insident zamanı bloggerlərin döyülməsinə baxmayaraq, onlar özləri xuliqanlıq və bədən xəsarətləri yetirmək ittihamları ilə müvafiq olaraq 2 il 6 ay və 2 il müddətinə azadlıqdan məhrum olunmuşdular. A. Hacızadə 18 noyabr 2010-cu il tarixdə Apellyasiya Məhkəməsinin qərarı ilə, Emin Milli isə 19 noyabr Salyan rayon məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.