QƏNİMƏT ZAHİD VƏ MÜŞFİQ HÜSEYNOVUN KASASİYA ŞİKAYƏTLƏRİ İCRAATA GÖTÜRÜLÜB

“Azadlıq” qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahid (Zahidov) və “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Müşfiq Hüseynovun kasasiya şikayətləri icraata götürülüb.

Bu barədə bu gün (2 iyun) “ANS-PRESS” saytı məlumat yayıb.
Məlumata görə, hər iki şikayətə hakim Müzəffər Ağazadənin sədrliyi ilə baxılacaq.
Q. Zahidin vəkili Əlayif Həsənov və M. Hüseynovun vəkili Vüqar Xasayev isə RATİ-nin əməkdaşı ilə telefon söhbətində  bu məsələdən xəbərsiz olduqlarını bildiriblər: 
”Biz şikayəti vermişik, amma icraata qəbul olunması ilə bağlı hələ bildiriş almamışıq ”, – deyə Ə. Həsənov qeyd etdi.

Previous Post

AVROPA ŞURASI BİR DAHA JURNALİSTLƏRİN AZAD EDİLMƏSİNİ TƏLƏB EDİB

Next Post

“GÜN SƏHƏR” QƏZETİNİN NƏŞRİ DAYANDIRILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.