“GÜN SƏHƏR” QƏZETİNİN NƏŞRİ DAYANDIRILDI

Gündəlik nəşr olunan “Gün-səhər” qəzeti maliyyə problemlərinə görə iyunun 1-dən fəaliyyətini müvəqqəti olaraq dayandırmağa məcbur olub.

Bu barədə RATI-yə qəzetin baş redaktoru Qabil Abbasoğlu məlumat verib:
“Ölkədə gedən sürətli bahalaşma, qəzetin fəaliyyətini iflic vəziyyətinə salıb. Yanvar ayından indiyə qədər kağız 150 manat bahalaşıb. (Hazırda qəzetin bir tonu 750 manatdır – red.)  İyunun 1-dən  Azərbaycan Nəşriyyatı kommunal xərcləri 25 faiz artırdı. Arxasınca çap xərcinin də artacağı gözlənir”, – deyə qeyd edən  Qabil Abbasoğlu onu da dedi ki, bu addım heç də qəzetin nəşrinin tam dayandırılması deyil. Maliyyə imkanları bir daha araşdırılacaq və qəzetin fəaliyyəti yenidən bərpa ediləcək. 
Qeyd edək ki,  “Gün-səhər” gündəlik ictimai-siyasi  qəzet kimi 2005-ci ilin yanvarından nəşr olunur.  Ötən il də qəzetdə maliyyə problemləri yaşandı və buna görə “Gün-səhər” bir neçə ay həftədə bir dəfə nəşr olundu.
Qeyd edək ki, “Gün-səhər” qəzetinin əlavəsi kimi “İnternyus-Azərbaycan” və Yeni Nəsil Jurnalistlər Birliyinin layihəsi olan ABŞ Dövlət Departamenti və “İnternyus Netvork” təşkilatı tərəfindən dəstəklənən “İslam və müasir cəmiyyət” buraxılışı da  dərc edilirdi.    Q. Abbasoğlunun sözlərinə görə, əgər “Gün-səhər” qəzeti  ayda iki dəfə dərc olunan “İslam və müasir cəmiyyət” buraxılışının növbəti sayı hazır olana qədər nəşrini bərpa etməsə bu halda layihə başqa bir qəzetin nəzdində həyata keçiriləcək.

Previous Post

QƏNİMƏT ZAHİD VƏ MÜŞFİQ HÜSEYNOVUN KASASİYA ŞİKAYƏTLƏRİ İCRAATA GÖTÜRÜLÜB

Next Post

NƏHAYƏT ATASI MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞƏ BİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.