CATEL RABİTƏ XİDMƏTİNDƏ PROBLEMİN TEXNİKİ QÜSURLARLA BAĞLI YARANDIĞINI İDDİA EDİR

 CATEL telefonlarının fəaliyyəti  martın 31-dən aprelin 2-si axşam saatlarına kimi dayandırılıb. CATEL-in mobil telefon xidməti isə bu gün də işləmir. Belə ki, təşkilat bu bir neçə gün bu telefonun xidmətlərindən faktiki olaraq istifadə imkanından məhrum edilib.

Bu gün   CATEL operatoru “Fonex”  şirkətindən  RATİ-yə verilən məlumata görə, göstərdikləri rabitə xidmətində qusur texniki qəza əsasında yaranıb. “Bu yalnız RATİ-nin deyil,  ölkədəki bütün CATEL istifadəçilərinin üzləşdiyi problemdir”.

Qeyd edək ki,  CATEL  abunəçiləri bu xidmət operatotrunun aprelin 2-si günü işləməməsini bilavasitə İctimai Palatanın 2 aprel mitinqi ilə əlaqələndirirlər və bunu informasiya azadlığının məhdudlaşdırılmağı kimi qiymətləndirirlər.

 

 

Previous Post

EYNULLA FƏTULLAYEVİN MƏHKƏMƏYƏ GƏTİRİLMƏDİYİ ÜÇÜN PROSES YENƏ TƏXİRƏ SALINDI

Next Post

İŞGƏNCƏYƏ MƏRUZ QALMIŞ JURNALİSTLƏRİN DURUMU NAMƏLUM QALMAQDADIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.