İŞGƏNCƏYƏ MƏRUZ QALMIŞ JURNALİSTLƏRİN DURUMU NAMƏLUM QALMAQDADIR

“Azadlıq” qəzetinin əməkdaşı Seymur Həziyevin döyülməsi ilə bağlı hər hansı bir yenilik yoxdur. Bu barədə aprelin 7-də RATİ-yə Seymur Həziyev özü məlumat verib. Jurnalist oğurlanılaraq döyülməsinə görə cinayət işini başlandığını, amma istintaqın gedişi barədə ona hər hansı məlumatın verilmədiyini bildirib.

“Azadlıq” qəzetinin digər əməkdaşı – Ramin Deko isə RATİ-yə bildirib ki,  döyülməsi faktı ilə bağlı dünən  1 saylı Klinik Xəstəxanasında müayinədən keçib. Həkimlər  ona alın nahiyəsinin sıyrılması və     yumşaq toxumanın əzilməsi diaqnozunu qoyublar.

Xatırladaq ki, martın 25-dən 26-a  keçən gecə  saat 00.30 radələrində “Azadlıq” qəzetinin müxbiri Seymur Həziyevin yaşadığı Abşeron rayonunun  Ceyranbatan qəsəbəsinin girişindən başına torba keçirilərək oğurlanılıb və naməlum ünvana aparılaraq işgəncəyə məruz qoyulduqdan sonra Binəqədi rayonu ərazisində  küçəyə atılıb.  “Azadlıq” qəzetinin müxbiri Ramin Deko isə aprelin 3-də naməlum şəxslər tərəfindən oğurlanmış, bir gün sonra isə naməlum şəxslərin fiziki hücumuna məruz qalmışdır. Hər iki jurnalist baş verənlərin məhz onların peşə fəaliyyəti ilə əlaqəli olduğunu bildirirlər.

Previous Post

CATEL RABİTƏ XİDMƏTİNDƏ PROBLEMİN TEXNİKİ QÜSURLARLA BAĞLI YARANDIĞINI İDDİA EDİR

Next Post

BƏXTİYAR HACIYEVİN İŞİ ÜZRƏ MƏHKƏMƏ HAZIRLIQ İCLASI BAŞLANIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.