SMDT ANS-Ə TƏKZİB MƏKTUBU GÖNDƏRİB

Yanvarın 6-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) icraçı direktoru Bəşir Süleymanlı ANS Müstəqil Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayevə təkzib məktubu göndərib.

Belə ki, ANS TV-nin “Xəbərçi” informasiya proqramının 24 dekabr 2009-cu il saat 18.00 buraxılışında SMDT-nin Bələdiyyə Seçkilərində apardığı müşahidələrin nəticələrinə dair keçirdiyi mətbuat konfransından reportaj efirə verilib. Reportajda aparıcının dili ilə SMDT-nin təqdim etdiyi İlkin Bəyanatda guya 23 dekabr 2009-cu il Bələdiyyə seçkilərinin hazırlıq və seçkiqabağı təşviqat mərhələlərində, habelə seçki günü inzibati resurslardan istifadə və seçki iştirakçılarına təzyiq halları müşahidə edilmədiyi bildirilib.
ANS-ə ünvanlanmış məktubda bildirilir ki, SMDT-nin 24 dekabr 2009-cu ildə yaydığı İlkin Bəyanatda isə əksinə, səsvermə günü də daxil olmaqla ümumi seçki mühitində baş verən çatışmazlıqlar və ciddi qanun pozuntularına əsasən 23 dekabr 2009-cu il bələdiyyə seçkilərinin Azərbaycan Respublikası qanunlarının kobud qaydada pozulması halları ilə müşayiət olunması, seçkilərin azad, demokratik və ədalətli hesab edilmədiyi bildirilib.

Bütün bunların nəzərə alınaraq yol verilmiş yanlışlıqla əlaqədar təkzib verilməsi telekanala ünvanlanmış məktubda əksini tapıb.

Previous Post

TƏLƏBƏ-JURNALİST TƏZYİQƏ MƏRUZ QALDIĞINI İDDİA EDİR

Next Post

NAXÇIVAN RESURS MƏRKƏZİNDƏ VERGİ YOXLAMALARI BAŞLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.