NAXÇIVAN RESURS MƏRKƏZİNDƏ VERGİ YOXLAMALARI BAŞLAYIB

Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi dünən (5 yanvar) Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzində səyyar yoxlamalara başlayıb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Mərkəzinin rəhbəri Məlahət Nəsibova məlumat verib. O bildirib ki, yoxlamanın hansı səbəbdən aparılması və nə vaxta qədər davam edəcəyi barədə məlumatları yoxdur.
Qeyd edək ki, Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin əməkdaşları dəfələrlə təzyiqlərə məruz qalıblar. Son olaraq 2009-cu ilin dekabr ayının 15-də Naxçıvan Dövlət Universiteti tələbələri arasında korrupsiya faktları ilə bağlı sorğu keçirərkən Resurs Mərkəzinin əməkdaşları İlqar Nəsibov və Vəfadar Eyvazov Universitet rəhbərliyi və tələbələr tərəfindən döyülmüşdü.
Previous Post

SMDT ANS-Ə TƏKZİB MƏKTUBU GÖNDƏRİB

Next Post

MAHAL İSMAYILOĞLUNUN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ SABAH QƏRAR VERİLƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.