FƏTULLAYEVİN CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNİN RƏHBƏRLİYİ İLƏ PROBLEMİ OLUB

Bu gün İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “Gündəlik Azərbaycan” və “Realniy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüb.

Bu haqda RATİ-yə məlumat verən komitə sədri Elçin Behbudov Fətullayevin səhhətinin normal olduğunu söyləyib. “Lakin onun cəzaçəkmə müəssisəsinin rəhbərliyi ilə problemləri var. O bu problemlərin nədən ibarət olduğunu mətbuatda işıqlanmasını istəmir.   Müəssisə rəhbərliyi ilə görüş zamanı bu problem öz həllini artıq tapıb”,  – deyə Behbudov əlavə edib.

 Behbudovun sözlərinə görə, baş redaktor “Hyuman Rayts Vatç” təşkilatı tərəfindən fədakar jurnalist mükafatına layiq görüldüyünə görə çox sevinir və onu dəstəkləyən bütün qurum və təşkilatlara o cümlədən jurnalist dostlarına öz təşəkkürünü bildirir.  

Previous Post

ABŞ SƏFİRLİYİ ÜZEYİR CƏFƏROVLA MARAQLANIB

Next Post

QƏZETLƏRİN SƏYYAR SATIŞINA QOYULAN QADAĞANIN GÖTÜRÜLƏCƏYİ BARƏDƏ ZİDDİYYƏTLİ FİKİRLƏR VAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.