QƏZETLƏRİN SƏYYAR SATIŞINA QOYULAN QADAĞANIN GÖTÜRÜLƏCƏYİ BARƏDƏ ZİDDİYYƏTLİ FİKİRLƏR VAR

Bakı metrosunun “Sahil” stansiyası ətrafında səyyar qəzet satışı ilə məşğul olan Məmməd Əliyevin (şərti adı) RATİ-yə verdiyi məlumata görə, küçələrdə qəzet satışına qoyulan qadağaların müddəti may ayının 10 qədərdir.

RATİ-nin əməkdaşları ilə söhbətində daha bir-neçə nəfər səyyar yayıcı bu məlumatı təsdiq edib.

         Qeyd  edək ki, may ayının 10-u eks-prezident Heydər Əliyevin 85 illik yubileyi  qeyd olunacaq.
         Amma “Azadlıq” qəzeti yazır ki, qəzetlərin səyyar satışına qoyulan qadağa götürülməyəcək. Baş verənlərlə bağlı Səbail Rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov bildirib ki, Bakı şəhər icra hakimi Hacıbala Abutalıbovun göstərişi ilə paytaxtın bütün rayonlarında küçə ticarətinə qadağa qoyulub. Rəis müavini qadağanın şəhərdəki hər hansı tədbirlə əlaqədar deyil, küçə ticarətinin yığışdırılması ilə bağlı olduğunu bildirib: «Kütləvi informasiya vasitələrinin satışı köşklərdə, digər küçə ticarəti isə mağazalarda aparılmalıdır», – deyə rəis müavini deyib.  
          “Anspress. com” saytının axşam saatlarında yaydığı məlumata görə səyyar qəzet satıcılarının fəaliyyəti bərpa edilir. Bu barədə qərar Mətbuat Şurasının sədri Əflatun  Amaşovun Bakı Şəhər Polis İdarəsinin rəisi Rafiq Abbasovla telefon danışığından sonra qəbul olunub.

Previous Post

FƏTULLAYEVİN CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNİN RƏHBƏRLİYİ İLƏ PROBLEMİ OLUB

Next Post

MƏHKƏMƏ JURNALİSTİN VƏSATƏTİNİ TƏMİN EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.