ELÇİN BEHBUDOV ELMAR HÜSEYNOVUN QƏTLİ İLƏ BAĞLI MƏLUMATLARI MTN-Ə TƏQDİM EDİB

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov 15 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Çingiz Mirzəyevdən mərhum jurnalist Elmar Hüseynovun qətli ilə bağlı üç gün bundan əvvəl aldığı məlumatları Milli Təhlükəsizlik Nazirliyinə açıqlayıb.

Bu barədə  məlumatı RATİ-yə mayın 2-də MTN-də olan  Behbudovun özü verib:
       ”Mən dünən MTN-də oldum. Çingiz Mirzəyevin mənə verdiyi məlumatları, söylədiyi adı onlara dedim. Bu deyilənlərin nə dərəcədə doğru olduğunu özüm də bilmirəm. Amma fikirləşirəm ki, bunları istintaq orqanına söyləmək mənim borcum idi”,  – deyə o qeyd etdi.

 

Previous Post

RAMİZ MEHDİYEV HƏBSDƏ OLAN JURNALİSTLƏRİN ƏFV OLUNMASININ NƏZƏRDƏ TUTULMADIĞINI BİLDİRİR

Next Post

“AZƏRBAYCAN” QƏZETİNİN REDAKTORUNA GÖRƏ AZƏRBAYCANDA MƏTBUAT AZADDIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.